AZ

Gecə naməlum şəxslər marketə girdilər - Polis araşdırmalara başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonu, Saray qəsəbəsində marketdə oğurluğa cəhd hadisəsi qeydə alınıb.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, hadisə oktyabrın 5-də gecə saatlarında baş verib.
Belə ki, naməlum şəxslər gecə marketin qapılarını açaraq içəri daxil olublar. Daha sonra onlar ərazidən uzaqlaşıblar.
Baş verənlər mağazadakı təhlükəsizlik kameralarında anbaan öz əksini tapıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, bir qrup şəxs tərəfindən Abşeron rayonu Saray qəsəbəsində yerləşən mağazalardan birinə oğurluğa cəhd edilməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Məlumatla bağlı təhqiqat araşdırması başlanılıb. Şübhəli şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.
Seçilən
3
30
oxu.az

10Mənbələr