1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunun "Əl-Oruba" ilə oyununda növbəti qola imza atıb.
Oxu.Az xəbər verir ki,"Ən-Nəsr"in 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ronaldu həm penaltini dəqiq yerinə yetirib, həm də assist edib.
Bununla da, Ronaldu yüksək səviyyədə keçirdiyi 600-cü oyununda qol vuraraq, bu həddə çatan ilk futbolçu olub.
Qeyd edək ki, portuqaliyalı ulduzun ən yaxın izləyicisi "İnter Mayami" klubunda çıxış edən və 556 oyunda qol vuran argentinalı Lionel Messidir.