AZ

Azad edilmiş ərazilərdə daha 232 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 159 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 415 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 945,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizim.Media

Seçilən
0
36
bizim.media

10Mənbələr