ABŞ-ın investisiya bankları “Goldman Sachs” və “Morgan Stanley”in analitikləri işçi qüvvəsi məlumatlarında qeydə alınan inkişafın səhmlər üçün yaxşı əlamət olduğunu bildirib.

İndex.az xəbər verir ki, “Goldman Sachs”ın analitiki Mixael Uilson və “Morgan Stanley”in analitiki David Kostin ABŞ Fond Birjalarında nikbin təhlillər paylaşıblar.

ABŞ-da keçən həftənin cümə günü açıqlanan iqtisadi məlumatlarda işsizlik nisbətinin təəccüblü şəkildə azaldığı və maaşların artdığı görülüb.

Məlumatlardan sonra ABŞ iqtisadiyyatı ilə bağlı tənəzzül qorxusu azalıb.

Məşğulluq məlumatlarının gözləniləndən qat-qat güclü olması da investorların inamını artırıb.

Tənəzzüllə bağlı narahatlıqlar azaldıqca və ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini azaltmağa başladıqca, ABŞ səhmləri də bərpa olunmağa başlayıb.

Məsələyə münasibət bildirən bazar analitikləri ABŞ fond bazarları ilə bağlı proqnozlarını da artırıblar.