AZ

Qarın ağrısı ilə həkimə getdi, əməliyyatla 70-dək daş çıxardılar

Rusiyada həkimlər maraqlı bir xəstə ilə qarşılaşıblar. Nijni Novqoroddakı M.F. Vladimirski adına Təcili Tibbi Yardım Xəstəxanasının uroloqu Mixail Teleşov VKontakte səhifəsində paylaşım edərək yazıb ki, həkimlər xəstənin sidik kisəsindən onlarla daş çıxarıblar. Ən maraqlısı isə budur ki, o bu qədər daşla rahat və xəbərsiz şəkildə gəzirmiş.

Həkimin sözlərinə görə, kişi qarnının aşağı hissəsində ağrılardan və tez-tez sidiyə getmədən şikayət edib. Ultrasəs sidik kisəsində yalnız bir kiçik daşın olduğunu göstərib. Həkimlər onu sistoskopiya zamanı çıxarmağı planlaşdırsalar da, əməliyyat zamanı onlarla daş aşkarlanıb.

“Əlavə diaqnostik üsul olaraq kompüter tomoqrafiyası (KT) aparılıb. Artıq burada sidik kisəsinin daşla dolu olması görünüb. Yəni saymaq olmayıb", - deyə həkim bildirib.

Nəticədə xəstədə cərrahi əməliyyat aparılıb və bu əməliyyat zamanı sidik kisəsində 70-dək 15 mm diametrli daş çıxarılıb. Daşların əmələ gəlməsinə səbəb prostat vəzinin fibrosklerozu olub. O da aradan qaldırılıb.

Tural

Seçilən
12
news365.az

1Mənbələr