AZ

Türkiyə futbolunda qalmaqal - Hakimin lisenziyası ləğv edildi

Türkiyə Futbol Federasiyası (TFF) hakim-inspektor Orhan Erdemir və qadın hakim Elif Karaarslanın lisenziyasını ləğv edib. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onların videosunun yayılması və bunun qalmaqala yaratmasıdır. 

Qalmaqal internetdə 61 yaşlı Erdemirin 24 yaşlı Karaarslanla cinsi əlaqədə olduğu iddia edilən videonun yayılmasından sonra başlayıb.

Karaarslan videonun onun adı ilə saxta hesabdan yayımlandığını və Rusiyadan yükləndiyini, orada özünə aid görüntü olunmadığını iddia edib.

Orhan Erdemir isə hakimlər arasında bu cür münasibətin cinayət olmadığını deyərək özünü müdafiə edib.


Seçilən
26
8
qafqazinfo.az

9Mənbələr