AZ

Tibb üzrə 2024-cü il Nobel Mükafatının qalibi məlum olub - FOTO

Tibb üzrə 2024-cü il Nobel Mükafatının qalibi məlum olub - FOTO

Tibb üzrə 2024-cü il Nobel mükafatı ABŞ-da doğulmuş Viktor Ambros və Qari Ruvkuna mikroRNT-nin kəşfi və onun post-transkripsiya gen tənzimlənməsindəki rolu mövzusundakı işlərinə görə verilib.İsveçin Karolinska İnstitutunda keçirilən mətbuat konfransında tibb üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.Ambros və Ruvkun mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsində rolu sahəsindəki işlərinə görə mükafatlandırılıblar.İkili genlərin tənzimlənməsində mühüm rol oynayan yeni kiçik RNT molekulu olan mikroRNT-ni kəşf edib və onların tapıntıları yeni bir gen tənzimləmə prinsipini ortaya qoyub.Sözügedən araşdırma göstərib ki, mikroRNT-lər çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün zəruridir və orqanizmlərin inkişafı və fəaliyyətində mühüm rol oynayır.Mənbə: AA

Seçilən
3
26
afn.az

10Mənbələr