AZ

Bakıda SWIRMO hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə seminar keçirilir

Azərbaycanın Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə 06-12 oktyabr tarixlərində Bakı şəhərində keçirlən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) bu gün öz işinə başlayıb.

“Poliqon” xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri hesab olunan seminarda 70-dən çox ölkədən yüksək rütbəli zabitlər iştirak edir.

Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı məsələləri araşdırmaq, bu hüququ hərbi planlaşdırmaya, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

Seminar, əsasən, müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.

Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.

Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.

fe6df811191843470586fd73ba2aa540 476227a707deb8efc1ec9136aa1119a0 72f173b0882037361466adb2c74af27c bd2ccd5ae7ece3e00ee3ca462a579711

Seçilən
1
44
poliqon.az

10Mənbələr