AZ

Müdafiə nazirinin müavini Azərbaycan torpaqlarında 30 il ərzində törədilən müharibə cinayətlərndən danışıb

Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib, itkin düşən dörd min azərbaycanlı haqqında məlumat verilmir.

“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov Bakı şəhərində keçirlən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) söyləyib.

Müdafiə nazirinin müavini seminarda açılış nitqi ilə çıxış edərək Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində mülki şəxslərin həlak olmasından danışıb: “30 il ərzində həyata keçirilən hərbi cinayətlər nəticəsində təəssüf ki, mülki şəxslər arasında da böyük itkilər olub. Bu müddət ərzində itkin düşmüş 4000 azərbaycanlı haqqında isə heç bir məlumat verilmir”.

Bölgədə basdırılan minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanatdan sonra 379 nəfər mina qurbanı olub.

Seçilən
2
1
poliqon.az

7Mənbələr