AZ

Nigardan Şəbnəmin duet təklifinə – Cavab

Avroviziya qalibimiz Nigar Camal müğənni Şəbnəm Tovuzlunun duet təklifinə cavab verib.

Dərgi.az xəbər verir ki, bu barədə sənətçi ARB TV-də yayımlanan “Pərvizə görə” proqramında danışıb. O, Tovuzlunun duet təklifini rədd edib:

“Belə bir təklif gözləmirdim. Həyatda onunla tanış olmamışam. Eşitmişəm ki, yaxşı insandır. Amma biz çox fərqli müğənnilərik. Fərqli dünyalarımız var. Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Məsələn, Aygün Bəylərlə də fərqli müğənniyik. Lakin Aygün başqa məsələdir. Həm onun xətrini də çox istəyirdim. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar”.

Qeyd edək ki, Şəbnəm bir müddət öncə “Rəngarəng səhər” verilşində Nigarla duet oxumaq istədiyini demişdi.

Seçilən
32
11
dergi.az

10Mənbələr