AZ

Lavrov: MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən yaxşı gəlir

MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən yaxşı gəlir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Nazirlər Şurasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin metodları MDB ölkələri tərəfindən rədd olunur.

“Mən sizə deyə bilərəm ki, biz bunun öhdəsindən yaxşı gəlirik. Qərbin tətbiq etdiyi üsullar bütün digər dövlətlər, o cümlədən postsovet məkanı dövlətləri tərəfindən rədd edilir. İki tam müstəqil ölkənin bir-biri ilə münasibətlər qurması kiminsə xoşuna gəlməyəndə tətbiq olunan ikinci, üçüncü dərəcəli sanksiyalar adlanan qeyri-qanuni tədbirlər... Bunların əlbəttə ki, beynəlxalq hüquqa heç bir aidiyyəti yoxdur” – deyə Rusiya XİN başçısı vurğulayıb.

Seçilən
26
3
apa.az

4Mənbələr