AZ

REAL Partiyasının yeni icraçı katibi kim olacaq? - AÇIQLAMA

Natiq Cəfərlinin sədr seçilməsindən sonra Respublikaçı Alternativ Partiyasında (REAL) bəzi dəyişikliklər olub.

Onlardan biri də icraçı katib vəzifəsi ilə bağlıdır. Belə ki, İlqar Məmmədovun partiya sədrliyi dönəmində bu postu Natiq Cəfərli tuturdu. İlqar Məmmədovun istefasından, Natiq Cəfərlinin REAL Partiyasının sədri seçilməsindən sonra onu kimin əvəzləyəcəyi də maraq doğurub. 

Maraqlıdır, REAL Partiyasının yeni icraçı katibi kim olacaq? 

“Cebheinfo.az” -a açıqlamasında Natiq Cəfərli partiyada icraçı katib vəzifəsinin ləğv olunduğunu deyib: 

“REAL Partiyasında icraçı katibi vəzifəsi ləğv olunub. Bu barədə Siyasi Komitə qərar verib. Mən əvvəl olduğu kimi, yenə də mətbuata açıqlama verəcəyəm. Bununla bağlı heç bir dəyişiklik olmayacaq. Mətbuata açığam, istənilən jurnalist istədiyi vaxt mənə zəng edə bilər”. 

Seçilən
39
cebheinfo.az

1Mənbələr