AZ

Ruud Qullit Alvaro Morata və Ticani Reyndersə qiymət verdi

“Milan”ın keçmiş futbolçusu Ruud Qullit İtaliya klubunun ispan hücumçusu Alvaro Moratanın çıxışı haqda fikrini paylaşıb.

Arena.az niderlandlı keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Morata əla imzadır. Qol vurmağı bacaran, amma fürsətlərini gerçəkləşdirmək üçün komanda yoldaşları tərəfindən gərəkli mövqeyə itələnməli olan bir hücumçudur. O, həmişə töhfəsini verir, çünki bütün hücum cəbhəsində hərəkət edir və məkan yaradır. Belə oğlan həmişə karagələndir və bir çox fəsadı həll edə bilər”.

Ruud Qullit “Milan”da çıxış edən həmyerlisi, niderlandlı yarımmüdafiəçi Ticani Reyndersin tərəqqisi haqda da fikrini bildirib:

“Mən onu bir neçə il əvvəl “Alkmaar”ın ikinci komandasında görmüşdüm. Siz onun keyfiyyətlərini görə bilsəniz də, onun indiki oyunçu olacağına əmin deyildim. Ötən mövsüm o, həm şəxsi, həm də öz oyunu baxımından inanılmaz dərəcədə böyüyüb və sonra Niderland yığması ilə möhtəşəm Avropa çempionatı keçirib. O, “Milan” və Niderland yığması üçün vacib oyunçulardan birinə çevrilib”.

Qullit “Milan”ın İtaliya A Seriyasının cari mövsümündə qalibiyyət imkanını da qiymətləndirib:

“Milan” bu mövsüm İtaliya A Seriyasının qalibi ola bilərmi? Bir azarkeş kimi danışıram və buna “bəli” deyirəm. Amma sələfindən fərqli oyun tərzinə malik olan məşqçini nəzərə almasaq, son iki yayda heyətin az qala üçdə ikisini dəyişmiş bu komandaya təzyiq göstərməyi düzgün hesab etmirəm”, deyə Qullit əsas nüansa toxunub.

Xatırladaq ki, bu mövsüm Paulo Fonsekanın çalışdırdığı “Milan” A Seriyasında keçirdiyi 7 oyunda 11 xala qazanıb və 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Seçilən
13
arena.az

1Mənbələr