AZ

Türkiyədə yeniyetmələrin döyərək təcavüz etdiyi iki yaşlı körpə həyatını itirdi

Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda döyülərək qız uşağı həyatını itirib.

Bu barədə hakimiyyet.az NTV.com.tr-yə istinadən xəbər verir.

Beyin əməliyyatı keçirərək reanimasiyaya yerləşdirilən Sıla adlı körpə müalicə alan xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, ana bədənində zərbə izləri olan iki yaşlı qızı Sılanı hadisədən üç gün sonra xəstəxanaya aparıb. Sılanı müayinə edən həkim körpənin cinsiyyət nahiyəsində qançırlar görüb və vəziyyəti polisə bildirib, bundan sonra araşdırmalara başlanılıb.

Beyin qanaması şübhəsi ilə digər xəstəxanaya köçürülən və beyin əməliyyatı edilən körpə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Ananın sözlərinə görə, qonşuları onları axşam yeməyinə dəvət edib. Qadın daha sonra qızını qonşuda qoyaraq evə qayıtdığını və gecə saatlarında gedib götürdüyünü deyib. Uşağı çimizdirən zaman bezində qan ləkələri görüb və qızına təcavüz edildiyini başa düşüb. Lakin heç kim bundan xəbər tutmasın deyə vəziyyəti ört-basdır edib.

Hadisə ilə bağlı körpənin anası və qonşunun uşaqları da daxil olmaqla, beş nəfər həbs olunub. Ananın digər beş yaşlı qızı isə dövlətin himayəsinə alınıb.

Kiçik Sılaya təcavüz edərək ona qarşı zorakılıq edən Onun sözlərinə görə, atası Sıla üçün tort alıb, ona isə almayıb.

"Qısqandığım üçün şiddət göstərdim", - deyə yeniyetmə bildirib.

Qeyd edək ki, K.A.-nın iki qardaşı ilə birlikdə atasının nənəsi ilə yaşadığı, anasının isə onları tərk etdiyi məlum olub.

Seçilən
56
8
hakimiyyet.az

10Mənbələr