AZ

Rüsvayçı uğursuzluq: Papadan Yaxın Şərqdə baş verənlərə reaksiya

Roma Papası Fransisk beynəlxalq diplomatiyanı Yaxın Şərqdəki münaqişənin həllində uğursuzluğuna görə tənqid edib.

Publika.az xəbər verir ki, HƏMAS hücumunun ildönümü münasibətilə bölgədəki katoliklərə müraciətində o, davam edən zorakılıqlardan təəssüfləndiyini bildirib.

“Bir il əvvəl beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin silahları susdurmaqda və müharibə dəhşətlərini dayandırmaqda biabırçı uğursuzluğa düçar olması səbəbindən sönməyən, ancaq daha da güclənən nifrət atəşi alovlandı”, - Vatikanın mətbuat xidməti Papadan sitat gətirib.

Frensis qeyd edib ki, qan axmağa davam edir, qəzəb artmaqda davam edir, dialoq və sülhə əhəmiyyət verilmir.

Seçilən
23
publika.az

1Mənbələr