1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Alabama ştatında keçirilən "NASCAR Cup Series" turnirinin pley-off mərhələsi baş tutub.
Oxu.Az xəbər verir ki, yarışın əsas hadisəsi 28 pilotun iştirakı ilə baş verən qəza olub.
Qeyd olunur ki, bu, son 22 ildə "NASCAR Cup Series" turnirində baş verən ən böyük qəzadır.
Qəzadan dərhal sonra qırmızı bayraqlar qaldırılıb və yarış müvəqqəti dayandırılıb, ardınca overtaym baş tutub.