İsrail Müdafiə Qüvvələri Livanın paytaxtına yenidən zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə ordu bəyanatı yayıb.
"Ordu hazırda Hizbullah terrorçularının əsas qalası olan Dahieh bölgəsinə hədəfli zərbələr endirir. Məqsəd strateji məkanları məhv etməkdir", - bəyanatda deyilir.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda yerləşən “Hizbullah” şiə hərəkatına qarşı “Şimal oxları” əməliyyatına başlayıb və onun hərbi obyektlərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 27-də Beyruta endirilən zərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb. İsrail ordusu oktyabrın 1-i səhər saatlarında Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Türkan İSGƏNDƏRLİ