AZ

Vəzifədən çıxarılan general: “Əşi, bu söhbətin başını buraxın..."

Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Mia.az-ın məlumatına görə, Gununsesi.info Mais Bərxudarovla əlaqə saxlayaraq, onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən Mais Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi” sualına gəlincə, general-leytenant belə deyib: “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.

Seçilən
0
35
mia.az

10Mənbələr