AZ

“Araz” marketdən alınan yumurtaların üzərində qurd aşkarlandı – FOTO

"Araz" marketlər şəbəkəsinin 8 km ərazisindəki filialından alınan yumurtaların üzərində qurdlar aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ülviyyə adlı alıcı bildirib. O qeyd edib ki, plasmas qablaşmada olan 10 ədəd yumurtanı açanda birinin çatladığını görüb.

Qutunu açanda ordan kəskin qoxu gəldiyini deyən alıcı bu mənzərədən şoka düşdüyünü deyib. Həmin sınmış yumurta o qədər çox saxlanılıb ki, içini və üzərini ağ qurdlar basıb.

Şikayətçi bildirir ki, qutunun üzərində əlavə kağız etiket olduğu üçün məhz həmin hissəni alıcı marketdə görməyib.

Yumurta qutusu marketə geri qaytarılıb.





Aygün Musayeva
BakuPost
Seçilən
0
16
bakupost.az

10Mənbələr