AZ

Litvada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayır

Bu gün Litvada 10 gün davam edəcək "Dəmir Qurd – 2024-II” beynəlxalq hərbi təlimləri başlayır.Bu barədə Litva Silahlı Qüvvələri məlumat yayıb.

Təlimdə 3200-dən çox Litva və müttəfiq ölkələrin əsgərləri,hərbçilərindən əlavə, Belçika, Çexiya, ABŞ, Lüksemburq, Norveç, Hollandiya və Almaniyadan olan nümayəndələr və 700 hərbi texnika iştirak edəcək.

Təlim zamanı gecə-gündüz hücum və müdafiə əməliyyatlarının planlaşdırılması və icrası, bölmələr arasında qarşılıqlı fəaliyyət həyata keçiriləcək.

www.anews.az
Seçilən
0
1
anews.az

2Mənbələr