AZ

Azərbaycanın kamandan oxatma millisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Tacikistanda kamandan oxatma üzrə keçirilən Prezident Kuboku Azərbaycan idmançıları üçün də yaddaqalan olub.

Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə millimiz 3-cü yeri qazanıb.

Oxatanlarımız Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışlarında çıxış edərək, bürünc medala yiyələniblər.

Oxatanlarımız turnirdə Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısıstan da daxil olmaqla 15 ölkə idmançıları ilə yarışaraq yüksək nəticə göstəriblər. 

Xatırladaq ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev bu ilin avqust ayında keçirilmiş kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.

Seçilən
2
5
90deqiqe.az

9Mənbələr