AZ

Turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycan Turizm Bürosu “Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə Bakının turizm imkanlarının təbliği məqsədilə yeni kampaniyaya start verib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “Azərbaycan Hava Yolları” ilə səyahət edən yerli və xarici sərnişinlər dekabrın 29-dək AZAL-ın minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20 faiz endirim əldə edirlər.

Qeyd edək ki, 29 sentyabr - Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobuslarında birgünlük pulsuz səyahət imkanı təqdim olunub.

Dünya təcrübəsində geniş istifadə olunan “Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audiobələdçi mövcuddur.

Avtobus turları haqqında ətraflı məlumatla bu linkdən https://azerbaijan.travel/hop-on-hop-off-az tanış olmaq mümkündür.

Seçilən
1
14
yeniazerbaycan.com

10Mənbələr