AZ

İsrail bu əraziləri qapalı hərbi zona elan etdi

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalındakı beş sərhəd yaşayış məntəqəsini qapalı hərbi zona elan edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilib.

 

"Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Roş Hanikra, Şlomi, Hanita və Ərəb əl-Aramşe əraziləri bu gün (bazar ertəsi) saat 22:00-dan etibarən qapalı hərbi zona elan ediləcək", - məlumatda bildirilib.

 

Qeyd olunur ki, bu əraziyə giriş qadağandır.

 

Oktyabrın 7-də Livan paytaxtının cənub rayonlarında yerləşən iki xəstəxananın İsrailin hava zərbələri səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırdığı bildirilib.

 

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Livanın şiə Hizbullah hərəkatına qarşı məhdud quru reydləri elan edib. İsrail ordusu sərhədə yaxın kəndlərdə İsrailin əhali mərkəzləri üçün dərhal təhlükə yaradan “lokallaşdırılmış, hədəflənmiş quru əməliyyatları” aparıldığını bildirib.

 

İnci

Sfera.az 

Seçilən
18
1
sfera.az

2Mənbələr