Çində dünyada süni intellektə malik ilk avtomobil təqdim olunub.
Axar.az xəbər verir ki, bu barədə "Carnewschina.com" nəşri məlumat yayıb.
Avtomobil istehsalçısının rəsmi açıqlamasına görə, Xpeng P7+ yeni nəsil avtonom sürücülük platforması ilə təchiz edilib və 2024-cü ilin dördüncü rübündə satışa çıxarılacaq.
Xpeng P7 maili arxa ucu olan "fastback" gövdəsinə malikdir. Avtomobilin uzunluğu 5056 mm, təkər bazası 3000 mm-dir. Tək elektrik mühərriki olan avtomobil litium dəmir fosfat dartma batareyasından istifadə edir.
Xpeng P7+ iki güc variantında mövcuddur - 245 və 313 at gücü.