AZ

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Samur-Abşeron kanalının Xızı rayonundan keçən hissəsində kişi meyiti tapılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, meyitin ötən ay itkin düşən Siyəzən şəhər sakini Mahmud Kamal oğlu Məlikova aid olduğu müəyyən edilib.

Xatırladaq ki, 23 yaşlı Mahmud Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Ailəsi həmin vaxtdan sonra ondan xəbər ala bilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
3
5
milli.az

6Mənbələr