AZ

İrandan İsrailə "cəhənnəm mesajı":MÜTTƏFİQLƏRİNƏ DE, TABUT GÖNDƏRSİNLƏR!

İsrail İranın yəhudi dövlətinə qarşı son raket hücumuna cavab vermək qərarına gələrsə, İrandan “cəhənnəm” cavabı alacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi deyib.

 

“Əgər sionist rejim (İsrail – red.) yenidən səhv etsə, hər hansı tədbir görməzdən əvvəl ona tabut ehtiyacını müttəfiqlər hesabına təmin etməyi tövsiyə edirik. İranın milli təhlükəsizliyinə qarşı istənilən addım cəhənnəm və ağrılı cavab alacaq. Əgər sionist rejim İranın təhlükəsizliyinə zərər vurmaq istəsə, biz onu heç bir yerdə, hətta gizləndiyi siçan deşiyində belə təhlükəsiz hiss edə bilməyəcək hala gətirəcəyik”, - deyə İbrahim Əzizi yeli mediaya  açıqlamasında bildirib.

 

Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket hücumu həyata keçirib. İsrailin cavab verəcəyi gözlənilir.

Seçilən
2
4
senzor.az

5Mənbələr