AZ

Azərbaycanlı azarkeşlər üçün bilet 35 AZN-ə - Millətlər Liqası 

style='margin-bottom:10px;'>

UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin azarkeşləri üçün ayrılan bilet qiyməti məlum olub.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, qonaq fanatlar üçün ayrılmış B-16 sektoruna biletlərin qiyməti 35 AZN-dir.

Yığmanı səfərdə dəstəkləmək istəyən azarkeşlər biletlər iTicket.az-da onlayn şəkildə əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində yerləşən “Lilleküla” stadionunda keçiriləcək Estoniya - Azərbaycan matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Seçilən
2
8
teleqraf.com

9Mənbələr