AZ

Maqnus Karlsen şahmat oynamaq istədiyi futbolçuların adını açıqladı

Norveçli qrossmeyster Maqnus Karlsen şahmat oynamaq istədiyi futbolçuların adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "The Guardian" istedadlı zəka sahibinin dediklərini belə təqdim edib:

“Mən böyük futbol azarkeşiyəm və Salahın fanatıyam. Hələ onunla görüşmək imkanım olmasa da, bu, baş versə, çox məmnun olardım. Martin Odeqaardın şahmat həvəskarı olduğunu da bilirəm. O, bir müddət əvvəl daha fəal oynasa da, sonra intensivliyi azaldıb. O, yaxşı oyunçudur, baxmayaraq ki, bunu reklam etməməyi üstün tutur”. 

Qeyd edək ki, norveçli qrosmeyster Maqnus Karlsen kişilər arasında əsrin ən yaxşı qrosmeysteri adını qazanıb. FIDE reytinqinin lideri onaltı qat dünya çempionudur. 

Mirağa

Seçilən
6
fanat.az

1Mənbələr