AZ

Avropa Parlamentində "Gürcüstandakı demokratik geriləmə" müzakirə ediləcək

Bu gün Avropa Parlamentinin plenar sessiyasında Gürcüstanla bağlı müzakirə aparılacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, debatda Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel bəyanatla çıxış edəcək.

Qeyd olunub ki, debatın mövzusu Gürcüstanda demokratik geriləmədir.

Sabah isə müzakirələrin yekunu olaraq qətnamə səsə qoyulacaq.

Seçilən
10
3
azpolitika.info

4Mənbələr