AZ

Odessaya raket hücumunun nəticələri bəlli olub

Rusiya ordusunun Odessaya hücumu zamanı atdığı raketlərdən biri limanda dayanmış Palau bayrağı altında üzən gəmiyə dəyib.

Nəticədə bir Ukrayna vətəndaşı həlak olub, 5 əcnəbi ekipaj üzvü yaralanıb. Odessa VHA-nın rəhbəri Oleq Kiper bildirib ki, son hücumda həlak olan şəxs liman işçisi, yaralanan 5 nəfər isə xarici ölkə vətəndaşları və gəminin ekipaj üzvləridir.

Baş nazirin müavini Aleksey Kuleba əlavə edib ki, gəmi “Optima” adlanır və Odessaya hücumdan bir neçə saat əvvəl gəlib. O vurğulayıb ki, Rusiya Federasiyası “bu yolla Qara dənizdə gəmiçiliyi məhv etməyə çalışır. Nəticələr yalnız ərzaq idxalından asılı olan həssas regionlarda qeyri-sabitliyə və beynəlxalq münasibətlərdə gərginliyə səbəb ola bilər”.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
27
27
editor.az

10Mənbələr