AZ

Rusiyalı alpinistlərin Nepalda cəsədləri tapıldı

Rusiyalı alpinistlərin Nepalda cəsədləri tapıldı

Nepalda Dhaulagiri dağının ətrafında Rusiyadan olan bir qrup alpinistin cəsədi tapılıb. Bu barədə Rusiya alpinist icmasının nümayəndəsi Anna Piunova öz Facebook səhifəsində yazıb.O bildirib ki, qrupda beş nəfər olub, onlardan biri özünü pis hiss edib və aşağıda yerləşən düşərgəyə düşüb."Bu səhər cəsədlər 6100 metr hündürlükdəki Valera Şamalo düşərgəsindən çıxarılıb, hamısı ölüb" - deyə məlumatda bildirilir.Rusiyanın Nepaldakı səfirliyi alpinistlərin ölümü ilə bağlı məlumatın daxil olduğunu təsdiqləyib. Təfərrüatlar açıqlanmayıb.

Seçilən
20
afn.az

1Mənbələr