AZ

COP29-a hazırlıq yüksək səviyyədədir

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “İqlim fəaliyyəti üçün yürüş” toplantısı çərçivəsində mediaya açıqlamasında COP29-a hazırlığın yüksək səviyyədə görüldüyünü deyib.

V.Andreyeva bildirib ki, dünyanın 29-cu iqlim konfransının Bakıda keçirilməsinə çox az vaxt qalıb: “BMT COP29-un uğurlu olmasını çox istəyir. Bu, Azərbaycan hökumətinin evsahibliyi etdiyi beynəlxalq toplantıdır. Qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcədən aşağı məhdudlaşdırmaq üçün təcili iqlim tədbirlərinin görülməsi üçün beynəlxalq ictimaiyyətin ortaq nəticəyə gəlməsi çox vacibdir”.

BMT-nin rezident əlaqələndiricisinin sözlərinə görə, BMT-nin Azərbaycandakı qrupu məlumatlılığı artırmaq, iqlim dəyişikliyi və iqlim fəaliyyəti ilə bağlı müzakirələr aparmaq üçün COP29-un sədrlik komandası ilə sıx əməkdaşlıq edir.

Seçilən
10
7
xalqqazeti.az

8Mənbələr