AZ

Uqandada bürünc mükafat

Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Yarışda yarımfinala kimi irəliləyən Era Maftuha 3-cü yeri tutub. O, finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Lo Çşi Veyə 3 setdə məğlub olub. İdmançımız yarımfinala kimi Uqanda, Birləşmiş Ərəb Əmirlikləri və Maldivi təmsil edən rəqiblərini üstələyib.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki Panqestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil və Diki 1/2 finalda hindistanlı rəqiblərinə hər iki setdə uduzub.


Leyla QURBANOVA
XQ

Seçilən
12
3
xalqqazeti.az

4Mənbələr