AZ

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən 4 Oktyabr 2024-cü il tarixində Ömer Yılmaz Yaşar oğlu İdarə Heyətinin Üzvü vəzifəsinə təyin edilib.

 Bununla da Bankın İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə dördə yüksəlib.

Ömer Yılmaz 1977-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub.

O, bakalavr təhsilini Uludağ Universitetinin İqtisadi və İnzibati elmlər fakültəsi, Dövlət İdarəçiliyi ixtisasında tamamlayıb. Bank karyerasındakı fəaliyyətinə 2006-ci ildə T.C. Ziraat Bankasında kiçik mütəxəssis kimi başlayıb. Daha sonra ardıcıllıqla Nato yolu filialında menecer köməkçisi, İçerenköy filialı və Örnek Mahallesi filialında menecer vəzifələrində fəaliyyətini davam etdirib.

Ömer Yılmaz Dikilitaş filialı ve Qayrettepe filialının müdiri vəzifələrində fəaliyyət göstərdikdən sonra son olaraq Sultanbeyli Ticari filianın müdiri vəzifəsində çalışıb.

Seçilən
4
50
banker.az

10Mənbələr