AZ

Şuşada “Türk Transp­lant” qu­ru­mu­ yaradılır – Yenilənib

12:32

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.

Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.

***

12:09

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr “Türk Transp­lant” qu­ru­mu­ yaradır.

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

Onun sözlərinə görə, toplantıda səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlər, həmçinin “Türk Transplant” sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanacaq: “TDT-yə üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.

T.Musayev bildirib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: “Düşünürük ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar çoxdur”.

Nazir həmçinin ortaq türk əlifbasının yaradılmasını da TDT-yə üzv ölkələr arasında əlaqələr üçün mühüm addım kimi qiymətləndirib.

Seçilən
20
2
banker.az

3Mənbələr