AZ

MİT PKK/YPJ-nin sözdə liderlərindən Hezal Belgeni zərərsizləşdirib

Bakı, TurkicWorld

Türkiyənin Təhlükəsizlik Xidməti (MİT) Türkiyədə kamikadze hücumu planlaşdıran terror təşkilatı PKK/YPJ-nin sözdə liderlərindən olan Hezal Belgeni Suriyanın Amude bölgəsində zərərsizləşdirib.

TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, axtarışda olanlar siyahısında boz kataqoriyada yer alan “Jinda Gundikramo” kod adlı terrorçu Hezal Belgenin Suriyada əhalini təşkilata qoşulmağa çağırdığı məlum olub.

Belgenin Türkiyədə təhlükəsizlik qüvvələrinin aktiv önləyici tədbirləri səbəbilə keçirəcəyi aksiya cəhdlərini sonrakı tarixə təxirə saldığı bildirilir.

2004-cü ildə terror təşkilatının kənd kadrlarına qoşulan Belge uzun illər Şimali İraqda PKK/KCK-nın sözdə lideri kimi fəaliyyət göstərib.

Daha sonra Suriyaya köçən və PKK/YPJ təşkilatının sözdə lideri kimi fəaliyyət göstərən sözügedən terorist 2021-ci ildə baş verən qarşıdurmada başından yaralanıb.

İraqın Süleymaniyyə şəhərində müalicə aldıqdan sonra Suriyaya qayıdaraq sonuncu dəfə PKK/YPG-nin sözdə Amude zabiti kimi fəaliyyət göstərib.

Seçilən
15
turkic.world

1Mənbələr