AZ

TDT-nin üzv ölkələrinin xalqları arasında münasibətlər səhiyyə sahəsinin inkişafına zəmin yaradır - Teymur Musayev

TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlər səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaradır.

Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan səhiyyə naziri Teymur Musayev Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında çıxışı zamanı deyib.

"Bu ilin aprel ayında Qırğız Respublikası Prezidentinin Azərbaycana rəsmi dövlət səfəri çərçivəsində iki ölkənin Səhiyyə Nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb".

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli Memorandumlarının, "Türktransplantın yaradılmasına dair Niyyət Protokolu"nun imzalanması nəzərdə tutulur.

Seçilən
13
1
day.az

2Mənbələr