AZ

Orxan Məmmədov: "Azərbaycan regional halal sənaye üçün potensial bir mərkəzə çevrilə bilər"

Halal biznes təcrübələri ilə Azərbaycanın zəngin tarixi və mədəni irsi arasındakı sinerji ölkəni regional halal sənaye üçün potensial bir mərkəz kimi mövqeləndirir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Birinci AZHUB Forumu iqtisadiyyatlarımızı daha da gücləndirmək və halal sənayenin təqdim etdiyi imkanlardan yararlanmaq məqsədi ilə daha geniş regionda əməkdaşlığı təşviq etməyə yönəlmiş növbəti təşəbbüsdür. Burada innovasiya, əməkdaşlıq və inkişaf bir araya gələrək bizim ortaq halal yolumuzu daha yüksək səviyyəyə qaldıracaq", - deyə o qeyd edib.

KOBİA sədri Azərbaycanın Halal Biznes Forumunun başlanğıcını qoymaq təşəbbüsü, onun regionda sülh qurucusu və iqtisadi artımın əsas lokomotivi kimi sübut olunmuş tarixi roluna əsaslandığını vurğulayıb.

Seçilən
14
33
sam.az

10Mənbələr