AZ

Tələbələrin nəzərinə

Oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Qeyd edilib ki, kart 11 universitetdə tələbələrə təqdim ediləcək.

"Vahid tələbə kartı oktyabrn 15-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti tələbələrinə veriləcək",- deyə fonddan bildirilib.

Seçilən
6
20
publika.az

10Mənbələr