AZ

Braziliya rəsmisi: Azərbaycan halal turizm sahəsində böyük potensiala malikdir

Azərbaycan halal turizm sahəsində böyük potensiala malikdir və bu sahədə görülən işlər, ölkənin turizm sektorunda önəmli mövqelərə çıxmasına kömək edəcək.

 

“İki sahil” xəbər verir ki, bunu Ərəb-Braziliya Ticarət Palatasının İnstitusional əlaqələr üzrə direktoru Fernanda Baltazar Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.

"Palata olaraq, Azərbaycanın bu sahədə atdığı addımları yüksək qiymətləndiririk və gələcəkdə daha sıx əməkdaşlıq üçün geniş imkanlar görürük", - deyə o qeyd edib.

"Halal biznes, yalnız qida sənayesi ilə məhdudlaşmır. O, həm də kosmetika, farmasevtika, geyim, turizm və bir çox digər sahələri əhatə edir. Bu sahələrdə Braziliya şirkətləri böyük təcrübəyə malikdir və biz halal standartlarının tələblərinə cavab verən innovativ məhsul və xidmətlər təklif edirik. İslam ölkələri ilə bu istiqamətdə daha sıx əməkdaşlıq etmək, yeni bazarlara çıxış imkanlarını genişləndirmək bizim əsas prioritetlərimizdəndir", - deyə F.Baltazar əlavə edib.

Seçilən
20
ikisahil.az

1Mənbələr