AZ

Putin, Paşinyan və Əliyev üçtərəfli görüşü olmayacaq?

Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Bakı ilə İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlmədik, belə bir fikir var idi, lakin bəziləri tərəfindən dəstəklənməyib”, – deyə Uşakov müvafiq suala cavab verib.

Rusiya liderinin köməkçisinin sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.

Qeyd edək ki, artıq Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında görüş başlayıb.

Ermənistanın baş naziri və Vladimir Putin arasında ikitərəfli görüş bu gün baş tutacaq.

Seçilən
1
1
moderator.az

10Mənbələr