AZ

Vüqar Kərəmovu Yaponiyada döyüş gözləyir

Azərbaycanlı qarışıq döyüş sənəti ustası Vüqar Kərəmov noyabrın 17-də növbəti döyüşünü keçirəcək.

İdman.biz xəbər verir ki, Yaponiyanın "Rizin" təşkilatının təşəbbüsü ilə keçiriləcək "Landmark 10" turniri çərçivəsində o, yaponiyalı Macima Kazumasa ilə qarşılaşacaq.

Reqlament hər biri beş dəqiqə olmaqla üç raund nəzərdə tutur. 66 kq çəkidə döyüş Naqoyada (Yaponiya) keçiriləcək.

Digər azərbaycanlı döyüşçü Məhərrəm Həsənzadə də Naqoyada çıxış edəcək. Onun rəqibi də turnirin ev sahiblərinin təmsilçisi Rikuta Şirakava olacaq.

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr