AZ

Rusiya və Çin hərbi gəmiləri Asiya-Sakit Okean hövzəsində sualtı qayıqlara qarşı tapşırıqlar icra edir - ÖZƏL

Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri Asiya-Sakit Okean sularında birgə patrul xidməti zamanı sualtı qayıqlara qarşı döyüş əməliyyatı həyata keçirib.

Olaylar.az xəbər verir ki, bunu Sakit Okean Donanmasının mətbuat xidməti bildirib.

"Sakit Okeanın şimal-qərb hissəsində Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri müştərək patrulun tərkibində sualtı qayıqlara qarşı döyüş əməliyyatları həyata keçiriblər. Dəstə birgə manevrlər edib, sualtı qayıqlara qarşı müdafiə üçün birləşmə yaradıb. Ka-27PL Şərti düşmənin sualtı qayığının axtarışı üçün sualtı helikopterdən istifadə edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
231
8
olaylar.az

10Mənbələr