AZ

Ağ Evin mətbuat katibi eyni zamanda ABŞ prezidentinin baş müşaviri vəzifəsini də icra edəcək

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidentinin baş müşaviri təyin edilib.

KONKRET.az-ın məlumatına görə ABŞ prezidentinin aparat rəhbəri bəyan edib ki, Karin Jan-Pyer mətbuat katibi vəzifəsinə gəldiyi ilk gündən prezidentin və ümumilikdə Ağ Evin əməkdaşlarının etibarlı müşaviri olub. Jean-Pierre 2022-ci ildə Ağ Evin mətbuat katibi vəzifəsini icra edib və bu vəzifəni tutan ilk afrika əsilli qadın olub. Karin Jean-Pierre prezidentin baş müşaviri vəzifəsi ilə yanaşı, Co Baydenin səlahiyyət müddəti bitənə qədər mətbuat katibi vəzifəsini də icra etməyə davam edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr