AZ

Sərəncama götürülən generallar hansı vəzifələrə təyin olunacaq?

 

Azərbaycan ordusunda kadr islahatları aparlıb.

Xəbər verdiyimiz kimi, general-leytenant Mais Bərxudarovun yerinə ikinci Ordu Korpusuna general-mayor Vilayət Bərxudar oğlu Quliyevin təyin edilib.

Bundan əlavə, sərəncama götürülən polkovnik Oruc Abdullayevin yerinə üçüncü Ordu Korpusuna birinci Ordu Korpusunun komandiri general-mayor Bilal Çompuzov, general-mayor Münasib Babayevin yerinə Birinci Ordu Korpusunun qərargah rəisi polkovnik İdris Məhərrəmov, Birinci Ordu Korpusuna isə 4-cü ordu korpusunun qərargah rəisi polkovnik Teymur Məmmədov təyin edilib.

Beləliklə, Mais Bərxudarov, Oruc Abdullayev və Münasib Babayev sərəncama götürülüb.

Eyni vaxtda 3 ordu korpusunun komandirinin sərəncama göndərilməsi, təbii ki, suallar yaradır. Hər üç zabitin yaşları da imkan verirdi ki, onlar korpus komandiri kimi olmasa da, başqa vəzifələr tutsunlar. Ancaq görünən odur ki, onların hansısa vəzifə tutması real görünmür. Ümumiyyətlə, general-leytenant Hikmət Mirzəyev Quru Qoşunlarına komandan təyin olunanda yazırdım ki, o, bəzi korpus komandirləri ilə işləmək istəməyəcək. Bundan əlavə, ordu daxilindəki bəzi qrupların müəyyən zabitlərə həddindən artıq dəstək verib, sonra o dəstəyi çəkməsi də həmin zabitlər üçün sonradan problemlər yaradır. Sonda qazanan isə “qrossmeysterlər” olur.

Əslində, sərəncama göndərilən zabitlərin özlərinin də getmək kimi bir niyyətlərinin olduğu deyilirdi.

Qeyd etmək lazımdır ki, hər üç zabit 44 günlük müharibənin iştirakçılarıdırlar. Qələbədə böyük rolları var. Yeni təyin olunan korpus komandirləri də müharibə iştirakçılarıdır və yeni komandirlərin müharibə iştirkaçısı olması məhz Hikmət Mirzəyevin istəyi olub.

Səxavət Məmməd

Seçilən
8
yenicag.az

1Mənbələr