AZ

Dhaulagiri dağına qalxdıqdan sonra itən rusiyalı 5 alpinistin cəsədi tapılıb

Nepalda (Cənubi Asiyada dövlət. Himalay dağlarının ətəklərində yerləşir) Dhaulagiri dağına qalxdıqdan sonra itən rusiyalı 5 alpinistin cəsədi tapılıb.Missiya.Az xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti itkin düşənlərin axtarışı şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Ruslar növbəti zirvə üçün yüksək düşərgəni tərk etdikdən sonra onlarla əlaqə kəsildi. Nəşr yazır ki, guya onlar 7600 metr hündürlükdən yıxılıblar. Alpinistlərin ölümünü Rusiya alpinist icmasının nümayəndəsi Anna Piunova təsdiqləyib. O, "Facebook"da qeyd edib ki, qrup üzvlərindən biri əvvəllər özünü pis hiss edib və dağdakı düşərgəyə düşüb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr