AZ

Atatürkün heykəlinə hücum edən şəxsi bu hala saldılar – VİDEO

Türkiyənin Balıkəsir vilayətində bir nəfər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Cümhuriyyət meydanındakı heykəlinə çəkiclə hücum edib.

Medianews.az xəbər verir ki, Atatürk heykəlini hədəf alan təcavüzkara ətrafdakı vətəndaşlar müdaxilə edib.

Vətəndaşlar süpürgələri və zibil qutuları ilə həmin şəxsi vurub, daha sonra yerə yıxılan şəxsi təpikləyiblər. Polisin müdaxiləsi ilə linç edilməkdən xilas olan şəxs qısa müddətdə nəzarətə götürülüb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs uzun müddətdir psixoloji müalicə alıb.

Medianews.az

Seçilən
14
medianews.az

1Mənbələr