AZ

Zambiyada mədən çökdü: 10 ölü

Zambiyada mis mədəninin çökməsi nəticəsində azı 10 nəfər dağıntılar altında qalıb.

"Cebheinfo.az" xəbər verir ki, polis komissarı Munqanqa Çanda yerli mətbuata verdiyi açıqlamada Mumbva bölgəsində mis mədənində çökmə baş verdiyi bəyan edib.

Çanda çökmə baş verən mis mədəndə ən az 10 nəfərin torpaq altında qalaraq həyatını itirdiyini və çox sayda insanın isə itkin düşdüyünü açıqlayıb.

Dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Çanda, yaralı mədənçilərin xəstəxanaya aparıldığını bildirib.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr