AZ

Kürdəmirdə ağır QƏZA: 16 yaşlı oğlan xəsarət aldı

Kürdəmirdə motosiklet aşıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü, Gəncə sakini 16 yaşlı Emin Nail oğlu Məmmədov Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Seçilən
3
2
oxu.az

3Mənbələr