AZ

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə cəhdedən bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir

Beynəlxalq münasibətlər sistemində etimad mühitininmöhkəmləndirilməsi, ilk növbədə, ədalət meyarının qorunmasını birtələb kimi qarşıya qoyur. Təəssüflər olsun ki, ədalət və beynəlxalqhüquq aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikilistandartlara əsaslanan siyasəti nəticəsində maraqlara görə arxaplana keçir ki, bu da öz növbəsində ölkələr arasında münasibətlərdəinamı, etimadı sıfıra endirir. Azərbaycan dövləti daim ən yüksəktribunalardan belə bir çağırışı səsləndirir ki, ikili standartlardünya güclərinin siyasətində bir meyardırsa, qoy onu bəyanetsinlər. Beynəlxalq hüququn norma və prinsiplərinin, BMTTəhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi üçün vahidmexanizmin olmaması problemlərə, münaqişələrin dərinləşməsinəgətirib çıxarır. Görünən budur ki, bu halın baş verməsi bəzi dünyagüclərini nəinki narahat edir, əksinə onlar öz maraqlarına uyğunolaraq yeni ssenarilər cızmaqda, qərəzli addımlar atmaqda davamedirlər. Azərbaycan bəzi dünya güclərinin ikili siyasətini istərhazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində,istərsə də demokratik inkişaf sahəsində aydın şəkildə görüb vəhazırda da görməkdədir. Dövlət başçısı İlham Əliyevin elə birçıxışı yoxdur ki, 30 illik işğal, eyni zamanda, postmünaqişədövrünün reallıqlarından bəhs edərkən bu məqamlara, bəzi dünyagüclərinin riyakarlığına, ikiüzlü siyasətinə diqqət yönəltməsin.Prezident İlham Əliyevin bu günlərdə Cəbrayıl rayonuna səfərizamanı bu məkandan səsləndirdiyi bəyanatlar sırasında məhz“Riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!”çağırışı xüsusi yer tutdu.

Trend xəbərverir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar RəhimzadəKİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, qlobal çağırışlar qlobal məsələlərinhəlli üçün səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur.Amma təəssüflər olsun ki, kiçik dövlətlərə “ədalət və beynəlxalqhüquq” dərsi keçməyə çalışan bəzi dünya güclərinin özləri bumeyarlardan xəbərsizdir. Dövlətimizin başçısı İlham Əliyevin qeydetdiyi kimi, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməzruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradəninqabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də bizimsəsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində bizbunun şahidi olduq. Daha böyük sanksiyaların tətbiq edilməsi üçünböyük dövlətlər Azərbaycana qarşı müxtəlif beynəlxalqplatformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır.Bu gün də bu, davam edir.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin “Bugünkügün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni,necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnubərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimisaymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına.Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadansanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin,dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?Bizim dostumuz odur ki, bu günə sevinir” çağırışına yönəldərəkbildirib ki, ABŞ 1992-ci ildə ölkəmizə qarşı sanksiya tətbiq etdi.Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq, bu fonda dünyagüclərinin ikili siyasətinin daha da geniş vüsət alması erməniyalanlarının həqiqət kimi qəbul olunmasına yol açdı. Yalan, qərəzüzərində qurulan təbliğatın, siyasətin ömrü uzun ola bilməz. Ermənidiasporunun gücü sayəsində ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”naədalətsiz 907-ci düzəlişi əlavə etdi. Ermənilər və erməni diasporubelə fikir yaratmışdılar ki, Azərbaycan Ermənistanı blokadadasaxlayır. Ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəfkimi təqdim edilirdi. Bu, ermənilərin uzun illərdir ölkəmizə qarşıapardıqları riyakar siyasətdir. Amma ABŞ kimi dünya gücünün heç biraraşdırma aparmadan yeni müstəqillik qazanmış bir dövlətə beləyanaşma nümayiş etdirməsi ədalətsizlik, beynəlxalq hüququn norma vəprinsiplərinin kobud şəkildə pozulması idi.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham ƏliyevCəbrayıldan səsləndirdiyi çağırışda ABŞ-ın bu addımını şərtləndirəndigər mühüm amillərə də diqqəti yönəltdi. Bildirdi ki, həminsanksiya tətbiq ediləndə torpaqlarımız əldən gedirdi. Sonrasanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onlarınƏfqanıstandakı işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyaclarıvar idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il busanksiya Amerika Prezidenti tərəfindən aradan qaldırılırdı. ABŞdünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra busanksiyalar yenidən bizə qarşı tətbiq edildi: “Bu nankorluğundərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən busanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidənbərpa edirsən, nə üçün?” Təbii ki, Azərbaycanın tarixi Zəfərini,ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, butorpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərini həyatakeçirməsini həzm edə bilməyən ABŞ kimi bəzi dünya güclərisanksiyalar tətbiq etməklə öz riyakarlıqlarını, ikiüzlüsiyasətlərini nümayiş etdirirlər. Hansı ki, bu dövlətlər keçmişQarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinəyetirmək üçün yaradılan uğursuz və bu gün tarixin arxivinə atılmışATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bugünümüzünreallıqları Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasınasəbəb olan amillərə bir daha aydınlıq gətirir. 44 günlük Vətənmüharibəsinin gedişi dövründə də ölkəmizə qarşı sanksiyanın tətbiqedilməsinə cəhd edildi. Bunu təşkil edən uğursuz ATƏT-in Minskqrupunun həmsədr ölkələri idi. Hansı ki, BMT TəhlükəsizlikŞurasının 4 qətnaməsinin hazırlanmasında və qəbulunda bu dövlətləriştirak etmişdilər. Bu cəhdin qarşısını alan isə BMT BaşAssambleyasından sonra ikinci ən böyük təsisat olan QoşulmamaHərəkatına üzv ölkələr oldu. Azərbaycan bu quruma sədrliyi dövründəədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı qətiyyətliaddımları ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəğbətini,etimadını qazandı.

Vüqar Rəhimzadə Ermənistanın silahlandırılmasının davametdirilməsinin də Qərbin planlarının tərkib hissəsi olduğunuvurğulayıb. Diqqətə çatdırıb ki, ABŞ, Fransa kimi ikiüzlü siyasətyürüdən dövlətlər açıq-aşkar regionda sülhün və təhlükəsizliyintəmin edilməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. O daməlumdur ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeniAzərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerikahökumətinə müraciət edib. Dövlətimizin başçısı İlham Əliyevin qeydetdiyi kimi, bu müraciət iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyigöstərir? Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Bumüraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanıAmerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhəyoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır.Yəni, bizi hədələmək, bizi ittiham etmək üçün özləri özlərinəməktub yazırlar.

Millət vəkili ABŞ Dövlət Departamentinin mütəmadi olaraq təqdimetdiyi insan hüquqlarına dair illik hesabatlarının da bu kimiməqamların açıqlanmasında yardımçı olduğunu bildirib. Özlərininmüəllifliyi ilə hazırlanan həmin hesabatlarda Azərbaycanda guyainsan hüquqlarının kobud şəkildə pozulduğu iddia edilir, Ermənistankimi demokratik prinsiplərdən xəbərsiz, atdığı hər bir addımında budəyərləri kobud şəkildə pozan bir ölkə bir az da irəli gedərək“nümunə” kimi qeyd olunurdu. Bu fakt inkaredilməzdir ki, ABŞ-ınyaymağa çalışdığı “demokratiya” hər zaman bəşəriyyət üçün minlərləinsanın ölümü və xaosla nəticələnib.

Hər bir hesabat, müraciət həmin ölkələrin mövqeyinə, ən əsasıbeynəlxalq hüquqa, demokratik prinsiplərə hansı meyarlar əsasındayanaşdıqlarına işıq salır. Reallıq budur ki, bu gün beynəlxalqhüquq anlayışı tamamilə sarsılıb. Atılan hər bir addım, ediləncəhdlər Azərbaycanın uğurlarının, müstəqil siyasətinin bəzi dünyagüclərinin narahatlığına səbəb olduğunu açıq-aşkar nümayiş etdirir.Azərbaycan bütün cəhdlərə baxmayaraq daim müstəqil siyasəti və onunyaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Heç bir dövlətindiktəsi ilə oturub- durmur, ölkəmizin daxili işlərinə müdaxilələrəyol vermir, edilən hər bir cəhdin qarşısını qətiyyətlə alır.Ölkəmizə qarşı tətbiq edilən sanksiyalara Azərbaycanın adekvatcavabları da göz önündədir. Siyasətini ədalət və beynəlxaq hüquqprinsipləri əsasında quran bir dövləti əsassız, məqsədliböhtanlarla ittiham etmək, iradəsinə təsir etmək mümkünsüzdür.Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında da qeyd edildiyikimi, Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər özişləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, özqanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bugün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpaetsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqlarıəzməsinlər, hər yerə burunlarını soxmasınlar.

Seçilən
4
10
az.trend.az

10Mənbələr